Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb backend

Azərbaycanda ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz artıb.

Trend-in məlumatına görə, bunu ADA Universitetində 3-cü Beynəlxalq elmi təhsil konfransının açılış mərasimində çıxış edən təhsil naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, "Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan 5 ilə yaxın müddət keçir. Bu müddətdə bir çox işlər görülüb, təhsilin məzmunu sahəsində nailiyyətlər əldə edilib.

C.Bayramov əlavə edib ki, peşəkar kadrların hazırlanması istiqamətində də aktiv işlər aparılır.

O qeyd edib ki, ali təhsil və ilk peşə ixtisası sahəsində bəzi dəyişikliklərin edilməsinə başlanılıb: "Son bir neçə ildə ali məktəbə qəbul olan tələbələrin sayı 12 faiz, yaxud 4 min nəfər artıb".
Diaspora