Ərdoğanın aşpazı Bakıda iftar verdi - FOTO

Ərdoğanın aşpazı Bakıda iftar verdi - FOTO backend

Dünyada “ətin professoru” kimi tanınan türkiyəli məşhur qəssab-aşpaz Cüneyt Asan növbəti dəfə Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu dəfə isə o, Azərbaycanın tanınan simalarına iftar verib. Onların arasında Nəsib Nur, Kamilə Babayeva, Elnarə Xəlilova, Xuraman Şuşalı, Zümrüd Bədəlova, Kənan Bayramov, Aqşin Kamal, Murad Əzimzadə, aktrisa Sevinc Əliyeva, Şəhla Vakkas (Çiçək), Müşviq Şahverdiyev, Cavid Gül, Tarix Əliyev (Tolik), Ağa Əhmədov, Sayqa Cahid, Gülnarə Aydın, Ağakərim Əbülfəzoğlu, Aytəkin Muradova və başqaları olub.

Onlarla söhbətləşən Cüneyt Asan istər İstanbulda, istər Bakıda olduğu zaman Azərbaycan telekanallarını izlədiyini və hər kəsi tanıdığını etiraf edib.

Məşhur aşpaz həmçinin daim formada olmaq və gözəl görünmək istəyən tanınmışlara pəhriz sirlərini də verib. O, ət yeyərək arıqlamağın mümkünlüyü haqqında danışıb. C. Asan həmçinin qonaqların gözü qarşısında iftarın ana yeməyini də hazırlayıb.

Xatırladaq ki, Cünyt Asan həm də iş adamıdır. O, türkiyəli məşhurlardan çoxunun üz tutduğu məşhur restoranlar şəbəkəsinin sahibidir.

Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen kimi Türkiyənin çox sayda məşhur insanları onun menyusundan və xidmətindən istifadə edir.

C. Asan həmçinin 25 ildən çox Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olub
Diaspora