İTV-də kadr dəyişiklikləri oldu - Siyahı

İTV-də kadr dəyişiklikləri oldu - Siyahı backend

İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) bir sıra kadr dəyişiklikləri olub.

Bunu “Report”a açıqlamasında İTV-nin Yayımları Şurasının sədri Muxtar İmanov deyib.

O bildirib ki, bununla bağlı qərar İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının bugünkü iclasında qəbul edilib.

M.İmanov qeyd edib ki, İTV-nin baş direktor müavini Həsən Abdullayev vəzifəsindən azad olunub: “Bununla bağlı o, özü istefa ərizəsi yazıb. Onun yerinə İctimai siyasi məsələlər və informasiya üzrə müavin Murad Hüseynov təyin olunub. Aparat rəhbəri vəzifəsinə Faiq Qürbətov seçilib. Əvvəllər bu yer vakant idi. Leyla Əliyeva yenidən musiqi departamentinə təyinat alıb. Həmin vəzifədə indiyə kimi Lamiyə Ələkbərova çalışırdı. O, da öz ərizəsi ilə işdən ayrılıb. Yusif Həmidov maliyyə üzrə direktor vəzifəsinə təyinat alıb. Bu vəzifə də bu günə kimi vakant idi”.

Diaspora