AMEA bu tarixdə yeni prezidentini seçəcək

AMEA bu tarixdə yeni prezidentini seçəcək backend

İyunun 8-i saat 10:00-da AMEA Rəyasət Heyətinin böyük konfrans zalında akademiyanın ümumi yığıncağı keçiriləcək.

AMEA-dan Qaziler.az-a verilən məlumata görə, tədbirdə AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı olacaq, Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı və AMEA-nın Adlı mükafatlarının təqdimatı keçiriləcək. Yığıncaqda, həmçinin, AMEA-nın prezidenti və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

Qeyd edək ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə 2013-cü ildən bu quruma rəhbərlik edir.
Diaspora