Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Könüllü Gənclər” İctimai Birliyinin təşkilatçılığı ilə Qəbələ rayonunda “Gənclər arasında karyera qurma və peşə seçimi“ mövzusunda seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Qəbələ Regional QHT-lərin Təlim və Resurs Mərkəzində keçirilən maarifləndirmə tədbirində İctimai Birliyin fəaliyyəti, eləcə də layihə haqqında iştirakçılara ətraflı məlumat verilib. Sonra peşə seçimi və karyera, işin insan həyatında xüsusi yeri, CV-lərin hazırlanması, iş yerlərinə müraciət və özünü təqdimetmə, gənclərin komanda şəklində işləməsi və işgüzarlıq keyfiyyətləri mövzusunda söhbətlər aparılıb, iştirakçıların sualları cavablandırılıb.