Millət vəkili Qənirə Paşayeva Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb backend

Millət vəkili Q.Paşayeva müsəlman Şərqində ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və qarşıdan gələn Ramazan bayramı münasibətilə şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüb.

Qaziler.az bildirir ki, onları təbrik edən millət vəkili Q.Paşayeva Ramazan ayının bir yardımlaşma, paylaşma, dəstək ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Şəhid ailələrimizə, Qarabağ qazilərimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Q.Paşayeva hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib. Dövlətimizin hər zaman şəhid ailələrinə, Qarabağ müharibəsi veteranları, qazilərinə və əlillərinə dəstək və qayğısından danışan millət vəkili inşallah növbəti bayramlarımızı Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd edək deyib.

Millət vəkili Q.Paşayeva hər bir Qarabağ qazisini və şəhid ailəsini ayrılıqda da dinləyib, geniş söhbətlər, fikir mübadiləsi olub.















Diaspora