Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI

Azərbaycanda 15 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI backend

Azərbaycanın 15 rayonunda kənd və qəsəbə adları dəyişdirlir.

Modern.az-ın əldə etdiyi məlumata görə, Göyçay, Goranboy, Xaçmaz, Xızı, Qazax, Quba, Qusar, Oğuz, Saatlı, Samux, Şəmkir, Yevlax, Masallı, Ağsu və Astara rayonlarının bəzi kəndlərinin və qəsəbələrinin adları dəyişdirilir.

Bunlar aşağıdakılardır:

Ağsu rayonu üzrə:
Gürcüvan kənd inzibati ərazi dairəsi tərkibindəki Gürcüvan kəndi – Xanbulaq kəndi adlandırılacaq;


Astara rayonu üzrə:
Kakalos kəndi - Qamışovka kəndi adlandırılacaq;


Göygöl rayonu üzrə:
Xanlar qəsəbəsi – Ağdam qəsəbəsi adlandırılacaq;
Mixayılokva kəndi – Bənövşəli kəndi adlandırılacaq;


Xızı rayonu üzrə:
Altıağac kənd inzibati ərazi dairəsi tərkibindəki Klyuç kəndi – Safbulaq kəndi adlandırılacaq;


Qazax rayonu üzrə:
Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Komuna kəndi - Balaçaylı kəndi adlandırılacaq;


Qusar rayonu üzrə:
Şirvanovka kəndi - Şirvanlı kəndi adlandırılacaq;


Masallı rayonu üzrə:
Kalinovka kəndi - Viləş kəndi adlandırılacaq;


Oğuz rayonu üzrə:
Astaraxanovka kəndi – Çayqovuşağı kəndi adlandırılacaq;


Saatlı rayonu üzrə
Qarayev kəndi – Orta Muğan kəndi adlandırılacaq;


Samux rayonu üzrə:
Əlibayramlı kəndi – Sarıqaya kəndi adlandırılacaq.
Diaspora