Azərbaycanın Qərb bölgəsində güclü yağış və dolu yağır.
Report-un məlumatına görə, Daşkəsən rayonunda leysan yağış doluya çevrilib, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.Analoji hava şəraiti Göygöl və Gədəbəy rayonlarında da müşahidə olunur. Həmçinin Gəncə, Şəmkir və Samux rayonunda küləklə müşahidə olunan leysan yağışlar yağır. Eyni zamanda Qazax, Ağstafa, Tovuz rayonlarında da yağıntılı hava şaraiti davam edir.
VİDEONU BURADAN İZLƏYİN: Dolu Qərb bölgəsinə ciddi ziyan vurdu