Qarabağ döyüşçüsü vəfat edib – Qusarda

Qarabağ döyüşçüsü vəfat edib – Qusarda backend

Qarabağ döyüşçüsü, 1-ci qrup əlil Tarıverdiyev Vadim İsmət oğlu vəfat edib. Bu barədə QAZİLER.AZ saytına Qarabağ qaziləri birliyinin Qusar rayon şöbəsindən məlumat daxil olub.

Qusar rayonu Asagı Ləyər kəndində anadan olan V.Tarverdiyev 1991-ci ildən başlayaraq Qarabağda erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşüb. 1996-cı ilədək xidmətdə olub.

İki il əvvəl insult keçirib. Bir tərəfi işləmirdi.

Ailəli idi. Özündən sonra iki övladı qalıb.

“Qarabağ qaziləri”, “Vətən Müharibəsi Əlilləri” birliklərinin və QAZİLER.AZ saytının kollektivi V.Tarıverdiyevin vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!

Allah rəhmət eləsin!








Diaspora