Amerikalı qonaqlar cənub bölgəsində

Amerikalı qonaqlar cənub bölgəsində backend

Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, “Beynəlxalq Dostluğun Gücü Klubu“ İctimai Birliyinin təşkilatçılığı ilə Dallas, Texas-ABŞ FFİ təşkilatının 25 nəfərlik nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində cənub bölgəsindədir. Səfər tanışlıq məqsədi daşıyır.

Nümayəndə heyəti əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Sonra qonaqlar Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Xocalı soyqırımı abidəsi və iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun abidəsi, həmçinin Hirkan Milli Parkı, Hirkan qəsəbəsində sitrus bağı, Vilvan kəndində çay plantasiyaları, “Pal-Süd” müəssisəsi, Bayraq meydanı, Qoşa qala qapıları ilə tanış olublar.

Amerikalı qonaqlar Lənkərandan sonra Masallı rayonuna yola düşüblər.
Diaspora