Qazaxıstan respublikasının Karaqanda vilayət məhkəməsi 32 yaşlı Nikita Stepini 25 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com-un yerli KİV-ə istinadən məlumatına görə, Stepin iki azərbaycanlını- İmaməli Abbasov və onun bacısı oğlu Ruslan Rüstəmovun qətlində günahkar bilinib. Yerli kazak şurasının üzvü olan Stepin Abbasovdan icarəyə avtomobil təmiri boksu götürsə də, aylarla pulunu ödəmirmiş. Nəhayət borcunun dalınca gələn Abbasov və Rüstəmovla Stepin arasında mübahisə düşüb. Stepin isə silaha əl ataraq onları güllələyib.Məlumata görə, Stepin kazak dəstələrinin tərkibində Ukraynada separatçılar tərəfində vuruşub və silahı da oradan əldə edib.