Məhəmməd deyir ki, 2 ildən çoxdur ki, azadlığın həsrətini çəkir
“Məni azad etdiyi üçün cənab president İlham Əliyevə təşəkkür edirəm. Artıq azadlıqdayam, amma ölkəm Banqladeşə qayıtmayacam”.Bu sözləri Real TV-yə prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən Banqladeş vətəndaşı Hüseyn Məhəmməd Camir deyib.
Azərabcyanın dövlət sərhədini pozduğu üçün həbs edilən və cəzasını 14 saylı cəzakəçmə müəssisəsində çəkən Məhəmməd deyir ki, 2 ildən çoxdur ki, azadlığın həsrətini çəkir.
O, həbsxanada olarkən Azərbaycan dilini öyrəndiyini qeyd edib.
Əfv sərəncam ümumilikdə 634 nəfərə şamil olunub. Məhkumlardan 607-si azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad edilib.
39 nəfər xarici vətəndaşın, o cümlədən Gürcüstan (11), Rusiya (4), Çin (5), İran (4), Türkiyə (3), Banqladeş (3), Türkmənistan (2), Qazaxıstan (2), Özbəkistan (1), Kamerun (1), Hindistan (1), Əfqanıstan (1) və Ukrayna Respublikasının (1) vətəndaşlarının adları yer alıb. Bundan başqa, siyahıda vətəndaşlığı olmayan 3 nəfərin adı da var.