Novruz Məmmədovun ilk 1 ayı – 50-dən çox qərar imzalayıb

Novruz Məmmədovun ilk 1 ayı – 50-dən çox qərar imzalayıb backend

Yeni baş nazir kimi onun imzaladığı sənədlərin sayı 50-dən yuxarıdır; N.Məmmədov ABŞ konqresmenlərinə Cümhuriyyət tariximizdən danışıb

Azərbaycanda baş nazir dəyişikliyindən bir ay ötdü. Artıq bir aydır ki, Nazirlər Kabinetinə Novruz Məmmədov rəhbərlik edir. Yeni baş nazirin rəhbərliyi altında Nazirlər Kabinetinin hansı işləri gördüyünü müəyyənləşdirməyə çalışdıq.

Nazirlər Kabinetinin saytında yer alan məlumatlardan aydın oldu ki, yeni baş nazirin imzaladığı ilk qərarlar 27 aprel 2018-ci il tarixindən başlayır. Həmin gün N.Məmmədov 4 qərar imzalayıb: “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və ya daimi yaşamaq üçün icazənin, ocümlədən iş icazəsinin verilməsi (və ya müddətinin uzadılması) üçün ərizə-anket nümunələrinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 7 fevral tarixli 40 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında"; “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə"; “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş ”Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" və “Tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği”nin təsdiq edilməsi barədə".

Ondan bəri baş nazir kimi N.Məmmədovun imzaladığı sənədlərin sayı 50-dən yuxarıdır.

Bir ay ərzində yeni baş nazir hələ ki mətbuatla canlı təmasa girməyib. Bu baxımdan, onun yeni postunda media ilə ünsiyyətinin necə olacağını söyləmək çətindir.

N.Məmmədovun baş nazir kimi keçirdiyi görüşlərə gəlincə, müxtəlif hökumət təmsilçiləri ilə gündəlik görüşlərindən kənarda, Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı yalnız bir görüş barədə məlumat var. Belə ki, mayın 3-də baş nazir ABŞ Konqresinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə N.Məmmədov səfərin ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər ətrafında müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu deyib. Eyni zamanda ABŞ-Azərbaycan münasibətlərindən, Dağlıq Qarabağ münaqişəsi və qaçqın problemindən danışıb. Təqdirəlayiq haldır ki, baş nazir amerikalı qonaqlara Cümhuriyyət tariximizlə bağlı da məlumat verib. Bildirib ki, 1918-ci ildə müstəqilliyini elan etmiş, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu il 100 illik yubileyi qeyd olunacaq.

Göründüyü kimi, yeni baş nazirimizin bir aylıq fəaliyyət dövrünün gərgin keçdiyini söyləmək mümkün deyil. Eyni zamanda tam fəaliyyətsizlik kimi də qiymətləndirmək olmaz.

“Yeni Müsavat”
Diaspora