Mayın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
QAZİLER.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-A verilən məlumata görə, sabah ölkə ərazisində cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəzlənəcək.Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 21-26 dərəcə isti olacaq
Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 12 -17, gündüz 24- 29 dərəcə, dağlıq rayonlarda gecə 5- 10 , gündüz 15-20 dərəcə isti olacaq.