Tələbələrə şad xəbər

Tələbələrə şad xəbər backend

Ölkə vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda təhsil alması qaydaları təsdiq edilib.

Təhzil Nazirliyindən Axar.az-a verilən məlumata görə, prezidentin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil sistemlərinin inteqrasiyası Azərbaycan təhsil sisteminin dayanıqlığına xidmət edən vasitə kimi müəyyən olunub.

Yeni qaydalarda müasir çağırışlara cavab verməyən bəzi məhdudiyyətlər aradan qaldırılıb. Əvvəllər əcnəbi tələbələrin qəbulu ilə bağlı Təhsil Nazirliyinin razılığı tələb olunurdu ki, bu da beynəlxalq təcrübəyə uyğun olmamaqla, bir sıra çətinliklərə gətirib çıxarırdı.

2015-2016-cı tədris ilindən etibarən ali təhsil müəssisələri müstəqil surətdə əcnəbi vətəndaşın dil və ixtisas biliklərini yoxlamaqla, müəyyən etdikləri tələblərə cavab verən abituriyentlərin qəbulunu apara biləcəklər.
Diaspora