Qaziler.az saytı xəbər veriri ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyində olublar.
Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri Bəhruz Axundov rəhbərlik etdiyi qurumun fəaliyyəti, eləcə də birliyin mətbu orqanı olan “Naşir” jurnalı barədə məlumat verib, “Təhsil” Nəşriyyat-Poliqrafiya MMC tərəfindən çap olunan kitablar haqqında danışıb.İctimai Yayım Şurasının sədri, Bakı Dövlət Universitenin kafedra müdiri, professor Cahangir Məmmədlinin də iştirak etdiyi görüşdə ölkədə kitab çapının vəziyyəti, kitabın təbliğatı məsələləri, eləcə də Azərbaycan Mətbuat Şurası ilə Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin əməkdaşlıq formaları, “Naşir” jurnalının fəaliyyəti və problemləri müzakirə olunub. Jurnalın baş redaktoru Gülnar Məsimlinin fikirləri maraqla qarşılanıb.