Hərbi ekspert Üzeyir Cəfərovla Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy arasında gərginlik davam etməkdədir.
Qaziler.az saytı bildirir ki, Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoyun "POLKOVNİKƏ 11 MANATLIQ MÜAVİNƏT DƏRSİ -PREZİDENTİN FƏRMANINI “ƏSL KİŞİLƏR” TANIMIR? " məqaləsindən sonra, hərbi ekspert polkovnik leylenant Üzeyir Cəfərov da Üzeyir Cəfərov: "Yazdiqlarim sirf Ali Məhkəmənin qərarından goturulmus fikirlədir " məqaləsi ilə cavabı yubatmayıb.Hazır da yaranmış xoşəgəlməz duruma görə Məğrur Bədəlsoy Üzeyir Cəfərovla məhkəmədə görüşəcəyini deyib: " Hərbi ekspert Üzeyir Cəfərovun “Hürriyyət” qəzetinin 11 may 2018 -ci il tarixli sayında dərc olunmuş Prezident Fərmanına, qanuna, hörmətsizlik ifadə edən yeni baş nazirə və əmək və əhalinin sosial müdafiəsi nazirinə müraciətindəki saxtalığa və əvvəlki rəhbərliyə qarşı aşağılayıcı fikirlərinə konkret faktlarla cavab vermişəm. “Hürriyyət” qəzeti cavabımı dərc etməsə də , “Qazilər” 14 may 2018 tarixli sayında fikirlərimi yayıb. Bu da Üzeyir Cəfərovun yeni təhqirlərinə nədən olub. Hörmətli “Qazilər” saytı isə bu təhqiri “qarşı tərəfin cavab haqqı” adı ilə dərc edib və yenə də “qarşı tərəfin cavab haqqını tanıyacağına” söz verib. Mənim cavabım artıq məhkəməyə təqdim ediləcək. Mən heç kimi aşağılamamışam və Prezidentin 26 dekabr 2001 -ci il tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” Fərmanının Qarabağ və uluslararası (Əfqanıstan və b. ) veteranlarına aid hissədə Prezidentin 22.01.2007 tarixli 514 saylı Fərmanı ilə qüvvədən düşdüyünü diqqətə çatdırmışam. Üzeyir Cəfərov isə iddia edirdi ki, fərman qüvvədədir. Bəli, fərman qüvvədədir, amma dəyişilmiş, yuxarıda vurğuladığım formada. Bunu diqqətə çatdırmaqla Üzeyir Cəfərov kimi qanunu, Prezidentin fərmanını özlərinə sərf edən formada izah edənlərin tələblərinin haqsız, əsassız və qanunsuz olmasını konkret faktlarla ortaya qoymuşam. Bu “hərbi ekspert “ fakt qarşısında səhvini boynuna alıb, ən azı susmaqdansa, təhqir yolunu tutub. Qarayaxmalar, qarğış, hay -küy, vay şivənlə müavinət əldə etmək istəyən Üzeyir Cəfərov məhkəmədə nəinki qırıntı, ümumiyyətlə çörəklə qidalanmadığımı biləcək. Odur ki, təhqirlərinə “əsas” olan Ali Məhkəmənin sözügedən qərarını da özü ilə götürməsi məsləhətdir. “QAZİLƏR”ə gəldikdə isə, demək istəyirəm ki, təhqiri “cavab haqqı” kimi dərc etmək “ Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun tələbinə uyğun deyil . Amma mən “Qazilər”i iməhkəməyə çəkməyəcəyəm. Ən azı ona görə ki, çörək yox, ürək bölüşmüşük.Bu qədər. Məhkəmədə görüşərik."