Bayılda yenidən sürüşmə oldu - Foto

Bayılda yenidən sürüşmə oldu - Foto backend

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.

Report xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.