Düşmənlə bir addımlıqda yenidənqurma başladı

Düşmənlə bir addımlıqda yenidənqurma başladı backend

Tərtər şəhəri və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirilib.

“Azərsu” ASC-dən Axar.az-a verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovla birlikdə təməlqoyma mərasimində iştirak edib.

Belə ki, layihənin məqsədi Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılmasıdır.

Təməlqoyma mərasimində çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmənlə bir addımlıqda yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu, bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğulayıb.

Tərtər şəhərini və ətraf kəndləri keyfiyyətli içməli su ilə fasiləsiz təchiz etmək məqsədilə Tərtər şəhərinin qərb hissəsində şəhərdən 1400 metr məsafədə yerləşən ərazidə 2 ədəd 5000 kubmetrlik su anbarının tikilməsi nəzərdə tutulub. Həmin su anbarları Tərtərçay yatağında qazılacaq 9 ədəd subartezian quyuları vasitəsilə qidalanacaq. Magistral su şəbəkəsinin uzunluğu 109784 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 103763 p/m olması nəzərdə tutulub.

Qeyd edək ki, Tərtərdə 1960-ci ildə yaradılmış kanalizasiya sistemi şəhərin bir hissəsini əhatə etməklə mövcud tələblərə cavab vermir.
Diaspora