Elxan Şahinoğlu və Rey Kərimoğlu "Yeni Müsavat"ın canlı yayım qonağı oldu - VİDEO

Elxan Şahinoğlu və Rey Kərimoğlu "Yeni Müsavat"ın canlı yayım qonağı oldu - VİDEO backend

Elxan Şahinoğlu və Rey Kərimoğlu Qarabağ döyüşlərinin başlanma ehtimalını müzakirə edib

Son bir həftə ərzində Ermənistan parlamenti ikinci dəfə baş nazir postuna yeganə namizəd Nikol Paşinyana səs verib. Bu gəlişmə Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ probleminin taleyi ilə bağlı müzakirələri intensivləşdirib.

Sözügedən mövzu "Yeni Müsavat"ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişində müzakirə edilib.

Bu gün mayın 10-da baş tutan canlı yayımın qonaqları isə politoloq Elxan Şahinoğlu və Qarabağ qazisi Rey Kərimoğlu olub.

Qonaqlarımız Ermənistanda baş verən bu gəlişmənin Qarabağ probleminin həllinə, eləcə də döyüşlərin intensivləşmə ehtimalına təsiri barədə fikirlərini açıqlayıb, bu mövzuda yaranan fərqli mövqelərə münasibət bildirərək, oxuculardan gələn sualları da cavablandırıblar.

Sözügedən debatı buradan izləyə bilərsiniz:

VİDEONUN LİNKİNƏ BURADAN TIKLAMAKLA BAXA BİLƏRSİNİZ







Diaspora