Veteranlar da “Əsgərə Məktub” layihəsinə qoşuldu

Veteranlar da “Əsgərə Məktub” layihəsinə qoşuldu backend

“Vətən Uğrunda!” səyyar təşviqat dəstəsinin ön xətdə xidmət edən hərbi qulluqçulara mənəvi dəstək olmaq, ictimaiyyətlə ordu arasında əlaqələrin gücləndirilməsinə töhvə vermək məqsədilə keçirdiyi “Əsgərə məktub” layihəsinə müharibə veteranları da qoşulub.

Bu haqda Moderator.az-a Müdafiə Nazirliyindən bildirilib.

Böyük Vətən müharibəsində Qələbənin 73-cü ildönümü münasibətilə Şəmkir rayon icra hakimiyyətinin və Gəncə Qarnizonu Zabitlər Evinin birgə təşkilatçılığı ilə Şəmkir şəhərində növbəti tədbir keçirilib.

Tədbir çərçivəsində görülən işlər və həyata keçirilən fəaliyyətlər barədə videoçarx nümayiş etdirilib.

Müharibə veteranları, Şəmkir rayon ictimaiyyəti və məktəblilər videogörüntü vasitəsilə və yazılı şəkildə Azərbaycan Ordusu sıralarında xidmət edən əsgərlərimizə xoş arzularını çatdıraraq, daim onlara dəstək olduqlarını vurğulayıblar. Məktublar “Vətən Uğrunda!” səyyar təşviqat dəstəsi tərəfindən ön xətdə xidmət edən əsgərlərə çatdırılacaq.
Tədbir hərbi orkestrin ifa etdiyi marşlarla müşayiət olunub.
Diaspora