Aktrisa-aparıcı Könül Yusifqızı son günlər verilişində işlətdiyi qeyri-etik sözləri, açıq-saçıq geyimləri ilə gündəmə gəlib.
Axşam.az-ın məlumatına görə, onun “Lider”də efirə gedən “Yarasa” proqramı hər dəfə sosial şəbəkədə tənqid olunurdu. Bu gün isə proqramın bağlanması haqda xəbər yayılıb.Kanaldan verilənə məlumata görə, “Yarasa” bağlanmayıb, sadəcə aparıcısı dəyişib. Belə ki, K.Yusifqızı proqramdan uzaqlaşdırılıb.
Həftədə üç gün yayımlanan veriliş bundan sonra yalnız həftədə bir dəfə efirə gedəcək.
