“Müvəkkil” Hüquq Mərkəzi maarifləndirici tədbirlər keçirəcək

“Müvəkkil” Hüquq Mərkəzi maarifləndirici tədbirlər keçirəcək backend

“Müvəkkil” Hüquq Mərkəzi tərəfindən “Qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkili” layihəsinin icrasına başlanılıb.

Qaziler.az Azadinform-a istinadən xəbər verir ki, layihə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 5 ay müddətində həyata keçiriləcək. Bu barədə məlumat verən təşkilatın sədri Səməd Vəkilov bildirib ki, layihə çərçivəsində bəzi tədbirlər Bakı şəhəri ilə yanaşı Tərtər, Zaqatala və Lənkəranda da baş tutacaq.

Layihə çərçivəsində “Əmək müqaviləsi: gələcəyə təminat” adlı buklet hazırlanacaq, regionlarda “Əmək müqaviləsi: gələcəyə təminat” adlı təlimlər keçiriləcək.

Bundan başqa qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı layihə çərçivəsində QHT TV-də (internet televiziyası) maarifləndirici müsahibə təşkil olunacaq, eyni zamanda maarifləndirici məqalə hazırlanaraq elektron mediada dərc olunacaq.

Tanınmış hüquqşünas Səməd Vəkilov əlavə edib ki, təşkilatın saytında qeyri-leqal məşğulluğun qarşısının alınması və işçilərin əmək hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik müddəalarının və digər maarifləndirici materiallardan ibarət “Əmək hüquqları” bölməsi yaradılaraq, eyni zamanda sosial şəbəkələrdə bu sahədə maarifləndirici fəaliyyət həyata keçiriləcək.
Diaspora