Təhsil naziri əslində uşaq döyülən məktəbə getməyib

Təhsil naziri əslində uşaq döyülən məktəbə getməyib backend

Cəsarət Valehov KİV-də yanlış məlumatların yayıldığını bildirib

Bir neçə gün əvvəl 189-190 saylı orta məktəbin birinci sinif şagirdinin müəllimi tərəfindən döyüldüyü iddia olunurdu. Hətta sosial şəbəkələrdə və bəzi KİV-də Təhsil naziri Ceyhun Bayramovun məktəbə gedərək həmin müəllimi işdən çıxartdığı deyilirdi.

Təhsil Naziriliyinin mətbuat katibi Cəsarət Valehov Real TV-yə açıqlamasında bildirib ki, deyilənlər həqiqətləri əks etdirmir.

"Müəllim işdən çıxarılıb təbii ki, günahı olduğu üçün işdən azad edilib. Günahsız yerə heç bir müəllim işdən azad edilmir. Amma müəllimin işdən çıxarlması ilə bağlı Təhsil naziri Ceyhun Bayramovun məktəbə getməsi ilə bağlı yayılan xəbərlər yalnışdır. Məlum hadisə ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi və Təhsil Nazirliyi qısa zamanda ictimaiyyət üçün açıqlama yayacaq" - deyə Cəsarət Valehov bildirib.

Qeyd edək ki, uşağın anası Xanım Əliyeva sosial şəbəkədə yaydığı videoda qeyd edir ki, Təhsil Nazirliyinin apardığı araşdırmalardan sonra müəllimi işdən çıxarıb. Uşağı döydüyü iddia olunan Səyyarə adlı müəllimə hadisənin danışıldığı kimi baş vermədiyini, valideyn Xanım Əliyevanın qalmaqallı biri olduğunu, onun uşaqların yanında söyüş söydüyünü bildirib.

Daha sonra ATV-də yayımlanan görüntülərdə aydın olub ki, ananın özü qızını məktəbdə müəllimənin yanında və dəhlizdə döyüb. Bu an isə təhsil ocağının kameralarına yansıyıb.

Həmin videogörüntüləri sizə təqdim edirik.

Diaspora