AMEA magistraturaya qəbul üçün lisenziya alıb

AMEA magistraturaya qəbul üçün lisenziya alıb backend

“Bu il Azərbaycan Milli Elmlər Akademiyasının magistratura pilləsinə qəbul keçiriləcək”. Bunu Lent.az-a açıqlamasında AMEA-nın Təhsil şöbəsinin rəisi Ömər Gülalov qeyd edib.

O vurğulayıb ki, bununla bağlı AMEA prezidenti Akif Əlizadə TQDK sədri Məleykə Abbaszadə ilə danışıqlar aparacaq: “Magistraturaya qəbulun birinci mərhələsi ümumi şəkildə həyata keçirilir. İkinci mərhələdə isə, bakalavrlar seçim edirlər”-deyə, şöbə müdiri əlavə edib.
AMEA rəsmisinin sözlərinə görə, Akademiyanın institutlarının magistraturasına qəbulu həyata keçirmək üçün dövlət başçısından xüsusi razılıq alınıb: “AMEA-nın magistraturasına qəbul elə-belə aparılmır. Bununla bağlı Təhsil Nazirliyindən də lisenziya almışıq”.
Qeyd edək ki, AMEA prezidenti Akif Əlizadə bir müddət əvvəl keçirdiyi mətbuat konfransında bu ilin fevralında AMEA-nın magistraturasına 7 ixtisas üzrə qəbul elan ediləcəyini bildirsə də, TQDK sədri Məleykə Abbaszadə "Təhsil haqqında" qanunda elmi müəssisələrin magistraturasına qəbulla əlaqədar maddə olmadığını əsas gətirərərk bunu təkzib etmişdi.
Diaspora