I Avropa Oyunlarının keçirilməsi ölkəni beynəlxalq arenada daha da məşhurlaşdıracaq. Bunu Trend-ə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto deyib.
Onun sözlərinə əsasən, Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək sahəsində geniş təcrübəsi var: "Bu yaxınlarda Bakıda Asiya İnkişaf Bankının illik görüşü, eləcə də "Tour d`Azerbaidjan" veloyürşü keçirildi. Ümid edirəm ki, Oyunlar çox maraqlı olacaq və yarışlarda xeyli yeni rekord müəyyənləşdiriləcək. Belə Oyunlar beynəlxalq yarışlarda iştirak təcrübəsi qazanmaq imkanı olan atletlər üçün xüsusilə vacibdir".İndoneziya səfiri: I Avropa Oyunları Azərbaycanı məşhurlaşdıracaq

