Bakının yolları Avropa Oyunlarına hazırdır

Bakının yolları Avropa Oyunlarına hazırdır backend

I Avropa Oyunları ərəfəsində Bakının yolları daha müasir görkəm alıb. Avropa Oyunlarının iştirakçılarının və qonaqlarının hərəkət etməsi üçün seçilmiş əsas yolların tikintisi və yenidən qurulması artıq başa çatıb. Bakıda körpülər və yeraltı keçidlər təmir edilib və abadlaşdırılıb.

Hazırda çatışmayan yol nişanları, informasiya tablolarının quraşdırılması, yol nişanlarının çəkilməsi işləri başa çatmaq üzrədir. İştirakçı və qonaqların idman qurğularına doğru hərəkət etməsi üçün seçilmiş marşrut üzrə əsas yol şəbəkəsinin xüsusi zolaqlarının çəkilməsi da davam edir. Bakının bu küçə və prospektlərinin hərəkət hissəsində eni 3,75 metr olan ayrıca zolaq ayrılacaq. Həmin zolaq üzrə idman yarışlarına gələnlər daşınacaq.

Trend Bakının yolları, körpülərindən görüntüləri təqdim edir.
Diaspora