Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Ağ Şəhər bulvarında yaradılan şəraitlə tanış olublar. Lent.az-n AzərTAc-a istinadən məlumatına görə, Bakı Ağ Şəhər bulvarında layihə çərçivəsində işlər yüksək səviyyədə həyata keçirilib. Bu bulvar əvvəllər paytaxtın “Qara şəhər” kimi tanınan və bir çox sənaye müəssisələrinin yerləşdiyi ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə ən müasir standartlara uyğun şəkildə salınıb.
Dövlət başçısı təməli qoyulduğu ilk gündən başlayaraq Ağ Şəhər bulvarında həyata keçirilən inşaat işlərinin gedişi ilə mütəmadi maraqlanıb, layihənin yüksək keyfiyyətlə icra olunmasına şəxsən nəzarət edib.