Avropa Oyunlarının məşəli Gəncədə alovlandırılıb. Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək ilk Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrində alovlanmaqda davam edir. Oyunların rəmzi bu dəfə Gəncədə yandırılıb.
Yürüş şəhərin Heydər Əliyev adına baş meydanından başlayıb. Məşəl 3,7 km məsafə qət edildikdən sonra Heydər Əliyev Mərkəzinə çatıb. Oyunların rəmzinin ilk daşıyıcısı Əməkdar məşqçi Elçin Zeynalov olub.Sonuncu məşəlçi gəncəli idmançı, güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov olub.