Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı

Nazir 5 min manat tapan məktəblini mükafatlandırdı backend

Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Abbasov İdris mükafatlandırılıb.

Modern.az xəbər verir ki, örnək davranış nümayiş etdirdiyinə görə Təhsil naziri Ceyhun Bayramov İdris Abbasovu Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif edib.

Qeyd edək ki, İdris Abbasov bir neçə gün bundan qabaq küçədən 5 min manat tapması ilə məşhurlaşıb. O, tapdığı pulu sahibinə qaytarıb.

İdris Abbasov həmçinin "Tovuz" qəzetinin baş redaktor müavini Ramiz Çıraqlının nəvəsidir.

Diaspora