“Hər cəhətdən düşməndən üstün olduğumuz halda nəyi gözləyirik?” - "Bu sual məni bitirir"

“Hər cəhətdən düşməndən üstün olduğumuz halda nəyi gözləyirik?” - "Bu sual məni bitirir" backend

“Müharibədə gözlərimi itirəndə 23 yaşım var idi...”

Bu gün birinci qrup Qarabağ qazisi, “Vətən Müharibəsi Əlilləri” birliyinin sədri Firudin Məmmədovun doğum günüdür.

Moderator.az-ın əməkdaşı Qarabağ Qazisini təbrik edib və fikirlərini öyrənib. F.Məmmədov bildirib ki, 48 yaşının astanasında torpaqlarımızın bu qədər uzun müddətdə işğalda qalmasını qəbul edə bilmir:

“Belə bir gündə məni təbrik etiyiniz üçün kollektivinizə minnətdaram. İnsan yaşlandıqca topağa daha çox bağlanır. Mən çox təəssüf edirəm ki, topaqlarımız bu qədər uzun müddətdə işğalda qalıb. Mən hər dəfə inkişaf etmiş ordumuzla bağlı verilişlərə baxanda qürur hissi keçirirəm. Hər cəhətdən düşməndən üstün olduğumuz halda nəyi gözləyirik, bilmirəm. Bu sual məni yeyib bitirir.

F.Məmmədov bildirib ki, müharibədə gözlərini itirəndə 23 yaşı olub:

“Müharibədə gözlərimi itirəndə 23 yaşım var idi, o illərdən 25 il keçib. Hələ ki, canımdan can varkən topqalarımızın uğrunda döyüşmək əzmindəyəm. Həm canımız, həm torpağımız və həm də ev-eşiyimiz getdi. Bu bizlərə bir neçə qat zərbədir. Amma ruh yüksəkliyi də var. Yenidən döyüşməyə hazıram. Allah torpaqlarımızı geri qaytaracağımız günü bizə qismət eləsin”.
Diaspora