Prezidentlə selfi çəkdirən uşaq kimin oğludur? - FOTO

Prezidentlə selfi çəkdirən uşaq kimin oğludur? - FOTO backend

Ölkə başçısı İlham Əliyev onunla görüşmək istəyən uşağın arzusunu gerçəkləşdirib.

Sosial şəbəkələrdə videosu yayılan, dövlət başçısına görə ağlayan azyaşlı oğlan İlham Əliyevlə görüşüb.

Qol.az-ın məlumatına görə, internetdə qısa zamanda hər kəsin diqqətini çəkən azyaşlı sonda arzusuna çatıb.

Qeyd edək ki, 8-10 yaşlarında olan uşaq anasının zarafatla "Əgər İlham Əliyev prezident seçilsə, bu gün evimizə qonaq gələcək" sözlərinə inanıb. Daha sonra İlham Əliyevin yüksək səs faizi topladığını bilən uşaq anasına prezidentin niyə evlərinə gəlmədiyini soruşub.

Azyaşlı anasının dediklərinin zarafat olduğunu anlayanda isə göz yaşlarını saxlaya bilməmişdi.

Qeyd edək ki, həmin uşaq Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımovun oğludur.









Diaspora