Bakıda göydələn yanır: nazir olay yerində - Video

Bakıda göydələn yanır: nazir olay yerində - Video backend

Bakının Heydər Əliyev prospektində yerləşən göydələndə yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə istifadəçilər sosial şəbəkələrə video yükləyib.

APA-nın yaydığı məlumata görə, təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb. Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğın baş verən əraziyə Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.
">

Diaspora