Qərb ölkələri Rusiya ilə bağlı həll variantlarından hansısa birini seçmək imkanına malik deyillər.
Axar.az xəbər verir ki, bunu “Apostrof” saytına açıqlamasında ukraynalı hərbi ekspert Aleksey Arestoviç deyib.“1990-cı illərdə Rusiyanı Böyük Səkkizliyə, sonra isə İyirmiliyə qəbul etdilər, onunla demokratik ölkə kimi danışmağa başladılar. Hər şey Vladimir Putinin hakimiyyətə gəlişinə qədər davam etdi.
Qərbin Kremlin qarşısını almaq üçün bir neçə həll variantı vardı. Onların Rusiyanı nüvə müharibəsində məhv etmək variantı qeyri-realdır. Belədə bütün insanlıq yox olar. Qərb Rusiyanı demokratikləşdirməyə də cəhd etdi, amma heç bir şey dəyişmədi və Rusiya imperiya olaraq qaldı. Son variant isə Rusiyanı parçalamaqdır. Lakin bu, bir-biriylə döyüşən və 20 Kadırovun nəzarət etdiyi ölkənin yaranması deməkdir. Hazırda Qərbin əlində heç bir həll variantı qalmayıb”, – deyə o bildirib.