Mayın 15-də Vyetnam Sosialist Respublikasının prezidenti Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.
ANS PRESS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Vyetnam prezidenti Çıonq Tan Şanqı və xanımı May Thi Hanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.
Vyetnam prezidenti Bakıya səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirib. Çıonq Tan Şanq dövlət başçısı İlha Əliyevlə təkbətək və geniş tərkibdə görüşlər keçirib. Səfər çərçivəsində Azərbaycan-Vyetnam biznes forumu da baş tutub.