Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə Respublikada ilk dəfə yalnız Qarabağ qazilərindən ibarət futbol komandası yaradıldı.
Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyindən Asiya.info-ya verilən məlumata görə, Futbol komandası yaradılması münasibətilə keçirilən tədbirdə Abşeron rayon İdman və Gənclər İdarəsinin rəisi Əsgər Əmirəliyev, Abşeron Olimpiya İdman Komleksinin direktoru Əjdər Abbasov, Abşeron rayonunda İctimai birliklərin, cəmiyyətlərin rəhbərləri iştirak ediblər.R. Quliyev qeyd etdi ki,Ümummilli Liderimiz, Dahi rəhbər Heydər Əliyevin 10 may tarixində 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təşkilatçılığı ilə Parolimpiada keçiriləcək.
Daha sonra tədbirin iştirakçılarını salamlayan Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar Birliyinin sədr müavini Elmar Hüseynov yarışmanın şərtləri, turnirin məqsədi haqqında məlumat verərək bildirdi ki, 12 nəfərdən təşkil olunmuş komandanın hər bir üzvü tibbi sığortalanıb, komandanın həkimi və məşqçi heyyəti hər gün idmançıların yanında fəaliyyət göstərəcək.
Toplantıda Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin Abşeron şöbəsinin sədri Rasim Ələkbərov Qarabağ qaziləri mini futbol komandasının kapitanı seçilib.



