Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qaziler.az-a verilən məlumata görə, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə döyüş atışları icra olunub.Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.
