“İş adamları müəyyən əməllər üzrə ittiham olunur" “İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox".
APA-nın məlumatına görə, bunu bir qrup iş adamının saxlanılması və həbsinə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.Ə. Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb: “Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir”.