“Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə mühüm dövlət tədbirləri həyata keçiriləcək”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib.
Onun sözlərinə görə, həmişə olduğu kimi Azərbaycan prezidentinin milli mətbuatın 140 illik yubileyinin təşkili və keçirilməsi haqqında xüsusi sərəncamı hazırlanır: “Bundan sonra tədbirlərin reallaşdırılması məqsədilə Azərbaycan Prezident Administrasiyası rəhbərinin tədbirlər planı təsdiq olunacaq və müvafiq olaraq tədbirlər keçiriləcək”.Əli Həsənov: “Milli mətbuatın 140 illiyi dövlət səviyyəsində qeyd olunacaq”

