Spiker iclasdan qaçan deputatlara HİRSLƏNDİ: “Çağırın geri gəlsinlər!”

Spiker iclasdan qaçan deputatlara HİRSLƏNDİ: “Çağırın geri gəlsinlər!” backend

“Peşə təhsili haqqında”qanun layihəsinin ikinci oxunuşda müzakirəsi bitdikdən sonra səsə qoyularkən, spiker deputatları zala dəvət edib.

Modern.az-ın məlumatına görə, Oqtay Əsədov bildirib ki, səsvermə üçün yetərli say yoxdur.

Burada cəmi 97 deputat iştirak edir. Çağırın o biriləri gəlsin. Deyəsən boğazları quruyub, çox çay içirlər. Çağırın gəlsinlər!".

Deputatlar zala daxil olduqdan sonra yenidən səsvermə keçirilib və qanun layihəsi 2-ci oxunuşda qəbul edilib.