Aprelin 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Yarımçıq qalmış” adlı tamaşa nümayiş ediləcək.
Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, Xalq Artisti Vaqif Əsədovun quruluşunda baxılacaq səhnə əsəri Leyla Beyim və Yefim Abramovun eyniadlı əsərləri əsasında səhnələşdirilib.Tamaşa Aprel döyüşlərində şəhid olmuş gənc heykəltəraş Samir Kaçayevin xatirəsinə ithaf edilib.