Jurnalist Əziz Orucovun səhhəti yaxşı deyil - VƏKİL

Jurnalist Əziz Orucovun səhhəti yaxşı deyil - VƏKİL backend

Hazırda həbsdə olan “Kanal-13” kanalının rəhbəri Əziz Orucovun səhhətində ciddi problem yaranıb.

Vəkil Cavad Cavadlı bu gün Qaradağ rayonunda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan “Kanal13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovla görüşüb.

Qaziler.az bildirir ki, vəkili Cavad Cavadovun ailəsinə verdiyi məlumata görə, jurnalistin səhhəti yaxşı deyil: “Əvvəlki görüşlərdən fərqli olaraq Əzizi yaxşı durumda görmədim. Ürəyində ağrılar yaranıb, kəskin öskürəyi var və hərarəti düşmür. Deməsinə görə, hərəkət etməkdə çətinlik çəkir. Müalicə alsa da, səhhətində yaxşılaşma hiss olunmur”.

Əziz Orucovun uşaqlıqdan böyrək problemi yaşadığı bildirilir.