AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) 2016-cı ilin aprel döyüşləri zamanı şəhid olan hərbçilərimizin siyahısını və onlar haqqında məlumatları kitabxananın Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edib.
AMEA-dan APA-ya bildirilib ki, bundan əlavə, Azərbaycanın Milli Qəhrəmanları, Əfqanıstan müharibəsi və Qarabağ döyüşlərində həlak və şəhid olan azərbaycanlıların siyahısı da MRY bazasına əlavə olunub.Qeyd edək ki, MRY layihəsində məqsəd ölkəmizin qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və xaricdə mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçıların istifadəsinə verməkdir.