Abşeron və Bakının 2 rayonuna içməli suyun verilişi dayandırılacaq

Abşeron və Bakının 2 rayonuna içməli suyun verilişi dayandırılacaq backend

Bu gün Abşeron, Binəqədi və Nəsimi rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən xəbərə görə, buna səbəb Bakı şəhəri Rəsulzadə qəsəbəsindən keçən magistral su kəmərində baş vermiş qəzadır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.