“31 Mart və Xocalı soyqırımlarına vahid abidə qoyulmalıdır” – TƏKLİF

“31 Mart və Xocalı soyqırımlarına vahid abidə qoyulmalıdır” – TƏKLİF backend

“Erməni vəhşiliyini dünyaya çatdırmaq üçün xüsusi dövlət proqramının qəbuluna ehtiyac var”

Bu günlərdə 31 Mart soyqırımının 100 illiyi qeyd olundu. Maraqlıdır, məlum soyqırımının üstündən keçən bu 100 illik zaman ərzində istər həmin soyqırıımının tanıdılması, istərsə də onu törədənlərin cəzalandırılması istiqamətində lazımınca iş aparılibmı? 100 illik zaman kəsimi və bu zaman intervalında Mart soyqırımının tanıdılması istiqamətində əldə edilən nəticələr nə dərəcədə adekvatdır?

Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy bu istiqamətdə ciddi addımlar atmağa ehtiyac olduğunu vurğuladı:

“Nəinki, 31 Nart, Xocalı soyqırımı ilə bağlı da xarici siyasətimizi yetərli saymaq olmaz. Ermənilər qondarma bir soyqırımı dünya çapında tanıda bilib. Önəmli ölkələrin parlamentləri bu saxta soyqırımı tanıyıb. Biz, həm dövlət olaraq, həm də cəmiyyət olaraq imkanlarımızdan maksimum istifadə edə bilmirik. Davamlı siyasət görünmür. Soyqırım gününə az qalmış ideoloji mexanizm işə salınır.
Xocalı soyqırımını tanıyan ölkələrin siyahısına diqqət edəndə xarici siyadətimizin nə qədər uğurlu aparıldığı aydın görünür: Pakistan, Sudan, Meksika, Peru, Cibuti, Çexiya, Honduras, Kolumbiya, Bosniya və Hersoqavina və Peru. Müsəlman ölkələri bir yana, heç türkdilli dövlətlərin reaksiyaları yoxdur. Çox ciddi işləməliyik. Bu məsələ kampaniya xarakterli olmamalıdır. Gərəkirsə dövlət büdcədən əlavə vəsait də ayırmalıdır ki, təbliğat işi səmərəli qurulsun. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Xocalı faciəsi də, 31 Mart soyqırımı da ermənilər tərəfindən törədilib. Fikrimcə bu iki faciə üçün tək bir Soyqırım abidəsi qoyulmalı və ilin bir günü Soyqırım günü kimi qeyd olunmalıdır. Erməni vəhşiliyini dünyaya çatdırmaq üçün xüsusi dövlət proqramı qəbul edilməli və ən əsası hər bir soydaşımız bu faciəni dünyanın tanıması üçün bir iş görməyi özünün vətandaş borcu saymalıdır”.