“Aktual müsahibə” verilişinin qonağı professor Solmaz Tohidi maraqlı məqamlara toxunub
1918-ci ilin siyasi mənzərəsinə hansı yandan baxsaq da, qırmızı rəngə çalır.Bu rəngdə qan da var, qabiliyyət də. Qandan, qadadan, yəni8 mart soyqırımından bu gün danışırıq.
Mövzunu müzakirə etmək üçün Real TV-nin “Aktual müsahibə” verilişinin qonağı tarix elmləri doktoru, professor Solmaz Tohididir. Ekspert müsahibə zamanı bildirib ki, mart hadisələri ölkənin müxtəlif bölgələrindən eyni səbəbdən törədilib. Bu ölkədə yaşayan müsəlmanlara qarşı törədilən qəddar və ağır cinayətlər idi. Burada erməni silahlılarının hədəfi hansısa siyasi məqsəd güdməyən dinc əhali idi. Bəs bu qırğınların törədilməsində məqsəd nə idi?
Bu və digər suallara cavab tampaq üçün müsahibəyə baxa bilərsiz. (Real TV)