Bakıda “Afrin Zəfər Festivalı“ başlayıb.
Qaziler.az bildirir ki, “Okuklu holding”in təşkilatçılığı ilə Bakıda “Afrin Zəfər Festivalı“ keçirilir. Tədbirdə Azərbaycan və Türkiyədən olan millət vəkilləri, iş adamları, ictimaiyyət nümayəndələri iştirak edir.Festivalda yeni qurulan “EKO Avrasiya” təşkilatının Azərbaycan ofisinin də təqdimatı olacaq.
Festivalın saat 14.00-dən 17.00-ə qədər olan proqramı sərbəstdir. 17.00-dən 19.00-dək isə festivalın rəsmi hissəsi keçiriləcək və çıxışlar olacaq.
Xatırladaq ki, tədbir Ziya Bünyadov prospektində yerləşən “Hanlı Bazar”da keçirilir.
Festivaldan çəkilmiş ilk fotoları təqdim edirik:




