Mart qırğınının görünməyən siyasi tərəfləri (VİDEO)

Mart qırğınının görünməyən siyasi tərəfləri (VİDEO) backend

Həmin ərəfədə Qafqazda Azərbaycan və Gürcüstan dövlətləri yaradılacaqdı 1895-ci ildən 1919-cu ilin iyuluna qədər Bakıda yaşayan, sonra Berlinə mühacirət edən Baykovun maraqlı xatirələri var.

Baykov yazırdı ki, bolşeviklərin müsəlmanlara qarşı törətdiyi cinayətlər Bakıda olan 2 rus polkunu ciddi narahat edirdi.

Real TV-də “Aktual müsahibə” verilişində müzakirə mövzusu yenə də Bakı qırğınlarıdır. Verilişin bu dəfəki qonağı fəlsəfə elmləri doktoru, dossent Zaur Əliyev maraqlı məqamlara toxunub. Ekspert bildirib ki, indiyə qədər bu proseslərə siyasi baxımdan nəzər salan olmayıb. Onun sözlərinə görə, həmin ərəfədə Qafqazda 2 dövlətin yaranması söhbəti gedirdi.

“Həmin ərəfədə Qafqazda neçə dövlətin yaranacağı ilə bağlı söhbət gedirdi. Böyük dövlətlərin planında 2 dövlətin yaranması vardı. Bunlardan biri Azərbaycan, digəri Gürcüstan idi. Ermənistan isə Osmanlı dövlətinin daxilində muxtar respublika kimi qalacaqdı. Buna bütün güc dövlətləri razılıq vermişdi”, - deyə Z.Əliyev bildirib.

Ekspert xüsusi vurğulayıb ki, Rusiya bu məsələyə razı olmayıb. Məhz bu məsələdə ermənilər sui-istifadə edərək, Rusiyanın vasitəsilə hərəkətə keçiblər.

Bu və digər maraqlı faktlarla bağlı Aktual müsahibə” verilişində tanış ola bilərsiz.
(Real TV)