Bakıda Afrin Zəfəri Festivalı keçiriləcək

Bakıda Afrin Zəfəri Festivalı keçiriləcək backend

Bu il, martın 28 də Bakıda Afrin Zəfəri Festivalı keçiriləcək.

Festivalın təşkilatçısı “OKUKLU HOLDİNG”in rəhbəri Yılmaz Okuklunun QAZİLER.AZ saytına verdiyi məlumata görə, hər iki dövlətin millət vəkillərinin, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi Festivalda yeni qurulan “EKO Avrasiya” təşkilatının Azərbaycan ofisinin da təqdimatı olacaq.

“Bildiyiniz kimi, hörmətli dövlət başçımız Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dövlətinin, millətinin təhlükəsizliyi naminə Suriyanın Afrin bölgəsində terrorçulara qarşı silahlı qüvvələrimizin başladığı əməliyyat uğurla başa çatıb. Azərbaycan da bu əməliyyatları yaxından izlədi, ictimai-xalq dəstəyi verdi. Türkiyəmizin uğuruna bərabər sevindik. Mərhum Azərbaycan Prezidenti Heydər Əliyevin dediyi kimi, “Bir millət iki dövlət” olaraq əməliyyatın zəfərlə başa çatmasını Bakıda da qeyd etmək qərarına gəldik. Biz bunu festival halında keçirməyi planlaşdırırıq”-, deyə bildirib.

Xatırladaq ki, tədbir Ziya Bünyadov prospektində yerləşən “Hanlı Bazar”da olacaq. Tədbirin təşkilatçısı “Okuklu Holding”dir

QAZİLER.AZ