Qaziler.az AZERTAC-a istinadən xəbər verir ki, Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq mayın 14-də Şəhidlər xiyabanını ziyarət edib.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Vyetnam Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirildi.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.